Yaxın Şərq
İran ŞOKDA - ABŞ ordusu daha 6 komandanı öldürdü
İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi “Haşdi Şabi” qüvvələrinin komandanlarını daşıyan hərbi karvana hava zərbələri endirilib.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 6 nəfər həlak olub. Onların kimliyi barədə məlumat verilmir. İraqın “Sumeriyə” televiziyasının məlumatına görə, həlak olan şəxslər “Haşdi Şabi”nin nəzarətindəki yerli qruplaşmanın liderləridir.
“Haşdi Şabi” qüvvələri isə hücum zamanı komandanların hədəfə alınması barədə məlumatları təkzib edib. İddialara görə, avtomobil karvanındakı şəxslər həkimlər olub. Hücumun ABŞ ordusu tərəfindən təşkil olunduğu güman edilir. Hadisə barədə rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, ABŞ-a məxsus pilotsuz aparatın Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi həlak olub.
Anar Türkeş
-
İdman23:05"Sabah" "Barselona"ya qarşı: dördüncü qol - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq






































