Yaxın Şərq
Türkiyə və Qətərdən HƏRBİ ANLAŞMA – Bu ölkədəki baza üçün hərəkətə keçdilər
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi general Yaşar Gülər dünən Liviyaya etdikləri səfər zamanı Qətərin Baş nazirinin müavini və Müdafiə naziri Xalid ibn Məhəmməd əl-Atiyyə və Liviya Müdafiə nazirinin müavini Səlahəddin ən-Nemruş ilə görüşüb.
Publika.az xəbər verir ki, Xəlifə Haftara qarşı Liviya qanuni hökumətinə dəstək verməyə davam edən Türkiyə Misrata şəhərində dəniz bazası yaratmağa hazırlaşır.
Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ötən gün türk generallar bununla bağlı Qətər və Liviya hökuməti ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayıb.
Razılaşmaya əsasən, Qətər qurulacaq hərbi təlim mərkəzlərini maliyyələşdirəcək. Misratada isə üçtərəfli koordinasiya mərkəzi qurulacaq, Türkiyə burada hərbi baza yaradacaq.
Misrata limanının və hərbi hava bazasının da Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə təqdim ediləcəyi bildirilir.
Akqabay
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?



























.webp)










