Yaxın Şərq
Türkiyənin artan gücü onları HƏRƏKƏTƏ KEÇİRDİ: Qardaş ölkəyə qarşı çirkin ittifaq
Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları qarşısında çıxılmaz vəziyyətə düşən PKK terror təşkilatı yeni ortaq axtarışına çıxıb.
Publika.az-ın məlumatına görə, Şimali İraq Regional Rəhbərliyinin sədri Azad Kürəci "Həşdi-Şabi" və PKK-nın İraqda həm mülki, həm də hərbi varlığını gücləndirən Türkiyəyə qarşı ortaq ittifaq və hücum qərarı aldıqlarını bildirib.
A.Kürəcinin sözlərinə görə, bu ittifaqın qurulmasında İraqda Türkiyənin davam etdirdiyi uğurlu anti-terror əməliyyatlarının payı var. Bunun üçün tərəflər Türkiyənin "Qara" əməliyyatlarını başlatmazdan öncə Sincar vilayətində bir araya gəliblər.
Kürəci bildirib ki, Ərbil Hava Limanı və şəhər mərkəzinə raket hücumlarının PKK-"Həşdi-Şabi" əməkdaşlığı sayəsində təşkil edildiyinə dair ciddi faktlar mövcuddur:
"Terror təşkilatı Ərbilə hücumu ilə Kürdüstan Demokratik Partiyasına "Türkiyədən uzaq dur" mesajını verdi. Bərzani rəhbərliyini "Həşdi-Şabi"-PKK ittifaqının raket hücumundan qorxutmaq istədilər. Bu, həm də Bərzaniyə "istəsək sənin şəhərini qan gölünə çevirərik" ismarışı idi".
Akqabay
-
İdman22:15"Sabah" "Barselona"ya qarşı: hesab açıldı - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq






































