Yaxın Şərq
Türkiyəyə qarşı MƏKRLİ PLAN - Minlərlə terrorçu hazırlanır
İraq Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Kazancı PKK tərəfindən Türkiyəyə qarşı məkrli planın hazırlandığını bildirib.
Publika.az xəbər verir ki, H.Kazancının dediklərinə görə, Sincarda olan 2500 PKK terrorçusuna təlim keçiriləcək və təlim dərsləri əsnasında pilotsuz uçuş aparatları sistemindəki məlumatlar da onlara öyrədiləcək.
"Əvvəlcə Sincardakı 2500 PKK terrorçusuna bir sıra təlimlər keçiriləcək, sonra isə müasir mərmilər və PUA sistemləri ilə texnologiya müharibəsi bilgisi alacaqlar. ABŞ-ın 2015-ci ildən bəri təkbaşına həyata keçirdiyi yeni dizayn işi hərbi olaraq NATO-ya ötürülür. İraq və Suriya üçün isə yeni bir dövr başlayır", - Kazancı qeyd edib.
Digər tərəfdən, NATO Baş katibi Yens Stoltenberq İraqdakı əsgər sayını artıraraq 500-dən 4 minə çatdıracaqlarını açıqlayıb. Stoltenberqin verdiyi açıqlamada İraq ordusu ilə birlikdə "məhəlli və ya lokal" qüvvələrin hazırlanmasına və təchiz edilməsinə işarə edilib. H.Kazancı NATO-nun heyətartırma qərarının yaxın gələcəkdə başlayacaq yeni proqram olduğunu bildirib.
Akqabay
-
İdman22:15"Sabah" "Barselona"ya qarşı: hesab açıldı - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq






































