Atəşkəs pozuldu, GƏRGİNLİK ARTDI: Türkiyə bu bölgəyə QOŞUN YERİDİR
Bizi izləyin

Yaxın Şərq

Atəşkəs pozuldu, GƏRGİNLİK ARTDI: Türkiyə bu bölgəyə QOŞUN YERİDİR

Türkiyə və Rusiyanın təşəbbüsü nəticəsində keçən ilin mart ayında Moskvada əldə edilən atəşkəs razılaşması ilə bir müddət sülhün təmin edildiyi Suriyanın İdlib şəhərində yenidən gərginlik artıb.

Publika.az xəbər verir ki, sözügedən ərazidə bir tərəfdən bölgədəki radikal təşkilatların fəaliyyəti, digər tərəfdən isə rejim qüvvələrinin atəşkəsi pozması ilə hava və qurudan hücumları artırması gərginliyin yüksəlməsinə səbəb olub.

Bölgədə gərginliyin artması İdlibdən Türkiyə sərhədinə doğru yeni köç dalğasının başlaması ehtimalını gündəmə gətirməsi ilə yanaşı, miqrasiya mövzusunda həssas olan Türkiyəni hərəkətə keçirib.

Vəziyyəti yaxından izləyən Ankara Moskva və İdliblə əlaqələrini gücləndirib. Yaxın günlərdə Ankara-Moskva xəttində yüksək səviyyəli danışıqların aparılacağı bildirilir. Bu çərçivədə BMT Baş Assambleyasının toplantısından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Soçidə görüşəcəklər. Liderlərin zirvəsindən əvvəl Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun İdlib gündəmini müzakirə etmək üçün bir araya gələcəyi bildirilir. Danışıqlar zamanı bölgədəki son vəziyyət, rejim qüvvələri tərəfindən atəşkəsin pozulması, radikal təşkilatların hücum və hərəkətlərinə qarşı görüləcək tədbirlər, Türkiyə ilə Rusiyanın M-4 avtomobil yolunda birgə hərbi patrul fəaliyyəti və əsas gündəm mövzusu olaraq bölgədəki köç problemi müzakirə olunacaq.

Türkiyə bölgəyə qoşun yeridir

Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki türk əsgərlərini hədəf alan hücumlardan sonra xüsusi əməliyyatlara başladığı və bölgəyə əlavə qüvvələr göndərdiyi bildirilir. Həmçinin türk ordusuna məxsus hərbi karvanın dünən gecə İdlibə girdiyi haqda da məlumat var. Radikal təşkilatların Türkiyə Silahlı Qüvvələrinə hücumlarının sayı son 18 ayda 36-ya çatıb. Rəsmi mənbələrin verdiyi məlumata görə, hücumlar nəticəsində 12 əsgər şəhid olub, 21 əsgər yaralanıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm