Yaxın Şərq
İsrail ordusu "Fələstin İslami Cihadın" liderini MƏHV ETDİ
İsrail Müdafiə Qüvvələri “Sübh” əməliyyatının ikinci günündə "Fələstin İslami Cihad"ının (PİJ) bütün elitasının məhv edildiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağının cənubundakı qrupun komandiri Xalid Mənsur şənbə günü məhv edilib.
Buna cavab olaraq "Fələstin İslami Cihad" (PIJ) ölkə ərazisinə 350 raket atıb. Onlardan 162-si "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib. Daha yüz raket Qəzza zolağına, 30-dan çox raket Aralıq dənizinə düşüb. Təl-Əviv yaxınlığında iki raketin düşdüyü də bildirilir.
Xəbər verildiyi kimi, hərbi əməliyyat cümə günü günortadan sonra, İsrail Müdafiə Qüvvələri islamçıların mülki vətəndaşlara və İsrail əsgərlərinə qarşı hücumlarına cavab olaraq Qəzza zolağındakı hədəflərə zərbələr endirdiyi vaxt başlayıb.
Daha sonra “İslami Cihad” İsrailin cənub və mərkəzi hissəsindəki israilli icmaları amansızcasına raketlərlə atəşə tutmağa başlayıb.
Hüseyn İbadlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





