Yaxın Şərq
Misirdə kilsə yandı: 41 ölü, 25 yaralı
Misir Daxili İşlər Nazirliyi Qahirədə kilsədə baş verən yanğının kondisionerin alışması nəticəsində baş verdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə Misirin “Əl-Məsri əl-Youm” qəzeti məlumat yayıb.
“Məhkəmə-tibbi ekspertiza göstərib ki, kilsə binasının ikinci mərtəbəsində sinif otaqlarının yerləşdiyi kondisioner sistemində yanğın baş verib”, - məlumatda deyilir.
Qeyd olunub ki, kondisioner “elektrik naqilində nasazlıq nəticəsində” yanıb, bu da çoxlu sayda ölüm və xəsarət alanların əsas səbəbi olan “böyük miqdarda tüstünün yayılmasına” səbəb olub.
Hadisə şahidlərinin nəşrə verdiyi məlumata görə, səhər saatlarında elektrik enerjisində fasilə yaranıb, bundan sonra generatorun qoşulmasına qərar verilib, cərəyan boşalması kondisionerin alışmasına səbəb olub. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, tüstü sürətlə bütün kilsəni bürüyüb və insanlar huşlarını itiriblər. Bəziləri özünü xilas etmək üçün pəncərədən atıb.
Qeyd edək ki, Qahirədə Əbu Sifin kilsəsində baş verən yanğında 41 nəfər dünyasını dəyişib, 25 nəfər yaralanıb.
Murad
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

