Yaxın Şərq
İsraildə növbədənkənar seçki: Netanyahu qayıdır?
İsrailin keçmiş baş naziri Benyamin Netanyahunun bloku ölkə parlamentinə (Knesset) keçirilən seçkilərdə liderlik edir.
Publika.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bülletenlərin 79,8%-i emal edildikdən sonra Netanyahunun bloku Knessetdəki 120 yerdən 65-ni qazanır. Bunlardan 31 yer Netanyahunun “Likud” partiyasına məxsusdur. Daha 34 mandatı onun blokdakı müttəfiqləri əldə edir: “Dini sionistlər” (14 yer), ultradini “Şas” (11 yer) və ultraortodoksal “Yahadut ha-Tora” partiyalarının birliyi (9 yer).
Hazırkı baş nazir Yair Lapidin “Yeş Atid” partiyası son məlumatlara görə, 24 mandat alır. Onun mümkün koalisiya tərəfdaşları - müdafiə naziri Beni Qantsın “Maxane Mamlaxti” mərkəzçi bloku (12 yer), həmçinin maliyyə naziri Aviqdor Libermanın “Bizim evimiz İsrail”, islamçı RAAM partiyası və “Hadaş” və “Taal” ərəb partiyalarının birliyidir (hər biri 5 yer).
Sol partiya “Avoda” 4 mandat alır. “Meretz” partiyası elektoral baryeri keçmir.
Benyamin Netanyahu 12 il – 2009-2021-ci illərdə baş nazir vəzifəsini tutub. 2021-ci ilin iyununda keçmiş müdafiə naziri Naftali Bennet baş nazir olub. Lakin bir il sonra, 30 iyun 2022-ci ildə Knesset özünün buraxılmasına səs verib. Xarici işlər naziri Yair Lapid baş nazir vəzifəsini tutub. Netanyahu iyun ayında bildirib ki, hazırkı səsvermədə vətəndaşlar uğursuz Lapid hökuməti ilə İsrailin qürurunu, gücünü və ümidini bərpa edəcək geniş və güclü milli hökumət arasında seçim edəcəklər.
İsrail parlamentinə növbədənkənar seçkilər noyabrın 1-də keçirilib. Bu, son 3,5 ildə ərzində Knessetə keçirilən beşinci seçkidir.
Səxavət
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi







.jpg)



























.jpg)


