Yaxın Şərq
Qərb Türkiyənin qarşısını almaq üçün İŞİD-i “dirildir”
Qərb Türkiyə ordusununm İraq və Suriyanın şimalında həyata keçirdiyi “Pəncə-Qılınc” əməliyyatına qarşı İŞİD kartını ortaya atıb.
Publika.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi PKK-nın Suriya qanadı olan PYD terrorçularını “suriyalı kürd güclər” adlandırıb.
“Türkiyənin Suriya və İraqın şimalına hava hücumları etdiyini, suriyalı kürd güclərin Türkiyənin cənubuna yeni hücumlar etdiyini görürük. Suriyadakı vəziyyəti pisləşdirən, eləcə də rəsmi Bağdadla koordinasiya edilməmiş və İraqın ərazi bütövlüyünü pozan hərbi addımlara qarşı çıxırıq. Bu cür addımlar İŞİD-ə qarşı mübarizəni davam etdirmək, təşkilatın bir daha heç vaxt dirilməyəcəyinə əmin olmaq kimi ortaq hədəfləri təhdid edir”, - Pentaqonun açıqlamasında bildirilir.
ABŞ Dövlət Departamentinin açıqlamasında da İŞİD-i məğlub etmək kimi ortaq hədəfi dəstəkləməyə, Suriyada gərginliyi azaltmağa çağırış edilir, əməliyyatın İraqın suverenliyinə qarşı olduğu iddia olunur.
Fransanın xarici işlər naziri Katerina Kolonna da “Pəncə-Qılınc” əməliyyatına qarşı çıxıb. Türkiyəni başqa ölkəyə hücum etməkdə ittiham edib.
Qeyd edək ki, İŞİD 2015-ci ildən sonra tədricən sıradan çıxmağa başlayıb. 2018-ci ildə ABŞ İŞİD üzəridə qələbə əldə edildiyini elan edib. Bununla yanaşı, İŞİD-in ABŞ-ın özü tərəfindən yaradıldığı və bölgədə “rıçaq” kimi istifadə edildiyinə dair məlumatlar kifayət qədərdir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp da öz sələflərini İŞİD-i yaratmaqda, idarə etməkdə ittiham etmişdi. İndi Qərbin Türkiyənin əməliyyatına qarşı İŞİD təhlükəsini ortaya atması, terror təşkilatını yenidən “xortlatması” gülünc görünür.
Asif
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)


























