Yaxın Şərq
ABŞ və İsrail HƏRƏKƏTƏ KEÇDİ: 140 təyyarə və 12 gəmi...
ABŞ və İsrail “Juniper Oak - 2023” hərbi təlimləri keçirir. Təlimə 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS artilleriya roket sistemləri də cəlb olunub.
Publika.az xəbər verir ki, bunu brifinqdə Pentaqon sözçüsü Patrik Rayder deyib.
“Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir. “Juniper Oak - 2023” ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz və davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub” – deyə o əlavə edib.
Qeyd edək ki, iki ölkənin hərbçiləri aviasiya və dəniz qüvvələri də daxil olmaqla, müxtəlif qoşun növlərinin cəlb olunduğu “Juniper Oak - 2023” irimiqyaslı birgə təlimlərə başlayıblar. Təlimlərdə düşmən hədəflərinə zərbələrin endirilməsi, mürəkkəb əməliyyatların icrası, həmçinin vahid komandanlıq altında birgə hərəkət olunması məşq edilir. O cümlədən, təlimlərə müxtəlif növ döyüş, kəşfiyyat və hərbi nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR








.jpg)




.jpg)

.jpg)



.jpg)





















