Yaxın Şərq
HƏMAS-ın hücumunda gizli məqamlar - MOSSAD harada səhv edib?
HƏMAS-ın genişmiqyaslı hücumundan sonra ən çox müzakirə edilən məsələlərdən biri də İsrailin müdafiəni təşkil edə bilməməsi, kəşfiyyatın zəifliyi ilə bağlıdır. Bir çoxlarına görə bu, İsrailin gücü haqda mifi dağıtdı, bir çoxları isə müdafiənin təşkil edilə bilməməsinin obyektiv səbəblərini irəli sürür.
Publika.az İsrailin niyə müdafiə oluna bilməməsinin səbəblərini araşdırıb.
Beynəlxalq ekspertlər HƏMAS qruplaşmasının kütləvi hücumunda İsrailin üzləşdiyi vəziyyəti 1973-cü ildə “Yom Kippur” müharibəsi zamanı Misir və Suriyanın üzləşdiyi vəziyyətlə müqayisə edir. Və bütün bunlar İsrail kəşfiyyatının fiaskosu kimi qiymətləndirilir.
Həmas 1973-cü ilin 6 oktyabrında baş verən “Yom Kippur” müharibəsinin 50-ci ilində - 2003-cü ilin 6-7 oktyabr tarixində hücuma keçdi. Quru, dəniz və havadan həyata keçirilən genişmiqyaslı hücum nəticəsində İsrailin müdafiəsi qısa zamanda yarıldı.
Burada əsas məqamlardan biri İsrailin hücumdan məlumatsız olması, yaxud ehtiyatsız yaxalanmasıdır. 50 il öncə İsrail Ordusu Misir və Suriyanı belə ehtiyatsız vəziyyətdə yaxalamışdı, yarım əsr sonra eyni situasiya ilə üzləşdi.
Necə oldu ki, dünyanın ən güclü kəşfiyyat xidmətlərindən olan MOSSAD bütün bunları görmədi?
Bu haqda müxtəlif konsprioloji fikirlər də irəli sürülür, lakin daha obyektiv yanaşma reallıqlara baxmaq zərurəti yaradır.
Birincisi, İsraildə HƏMAS-ın müharibə etmək niyyətində olmadığına dair uzun illər formalaşmış yanlış fikir olub: İsrail rəsmiləri də etiraf edib ki, onlar qruplaşmanın döyüşmək qabiliyyətini qiymətləndirməyiblər;
İkincisi, son illər HƏMAS əsas diqqətini iqtisadi problemlərə yönəltmişdi və bu məsələdə İsrail müəyyən dəstək verməklə bölgədəki hadisələrə nəzarət edirdi;
Üçüncüsü, hücumun başlandığı gün İsraildə dini bayram keçirilirdi və ordunun əksər mənsubu evə buraxılmışdı;
Bu səbəbləri uzatmaq da olar, hərçənd, yenə də İsrail kəşfiyyatının baş verənlərdən niyə xəbərdar olmaması sualları açıq qalır. İsrailin müttəfiqlərinin – Qərb kəşfiyyatının məlumatsız olması da açıq qalan suallar arasındadır. Mümkündür ki, əsas diqqəti Ukrayna və Rusiyaya yönəldən Qərb ölkələri xəbər tuta bilməyiblər. Amma MOSSAD-ın səhvi ilə bağlı suallar qartopu effektiv yaradıb.
HƏMAS İsrailə hücumda istifadə etdiyi minlərlə raketi bölgəyə hansı yollarla gətirib?
Qruplaşmanın Qəzzanı Misirlə birləşdirən geniş tuneldən istifadə etməsi mümkün variantlar arasındadır, lakin bu tunel İsrailin tam nəzarətindədir, bu baxımdan, mümkünsüz görünür.
Hərbi ekspertlər İsrailin müdafiəsiz qalmasının səbəblərini başqa yerdə axtarırlar.
İsrailin ehtiyatda olan zabiti və İsrail ordusunun keçmiş sözçüsü Yakop Dallan hesab edir ki, onlar illərlə yanlış yönə baxıblar.
“Əsas hücumun İranın dəstəklədiyi "Hizbullah" tərəfindən ediləcəyi gözlənilirdi. Ssenariyə görə, "Hizbullah" Qəzzadan HƏMAS vasitəsilə yox, şimaldan cəbhə açacaqdı. Heç kim HƏMAS-ın belə bir qabiliyyətə malik olduğunu düşünmürdü, xüsusilə İsrail kəşfiyyatının məlumatları belə bir hücumu təsdiqləmirdi”, - o bildirib.
Görünür, HƏMAS öz davranışları ilə İsraili arxayın edib. Hücumun miqyasına baxdıqda isə bu planın uzun müddət ərzində hazırlandığı aydın görünür.
Asif
-
Səhiyyə22:00
Sumqayıtda bu həkimə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
-
Mistika21:12
Bakıda bu ərazilər PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
Region20:48
Ərdoğan NATO lideri ilə görüşəcək - Masada 3 əsas məsələ var
-
Magazin120:12
Natavan Həbibi bacısını axtarır
-
Cənubi Qafqaz20:00
Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdılar - VİDEO
-
Nəqliyyat19:48
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar - VİDEO
-
Sosial18:36
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə işıq olmayacaq
-
Magazin118:24
Aynişan yenidən ora getmək istəyir - FOTO