HƏMAS bunu edəcək - Geriyə yol yoxdur
Bizi izləyin

Yaxın Şərq

HƏMAS bunu edəcək - Geriyə yol yoxdur

HƏMAS bunu edəcək -  Geriyə yol yoxdur

HƏMAS İsrail ordusunu dəf edəcək, çünki geriyə yol yoxdur.

Publika.az xəbər verir ki, Miçiqan Universitetinin İctimai Siyasət üzrə dosenti Caved Əli "Conversation"- a müsahibəsində Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrail ordusunun şiddətli müqavimətlə qarşılaşacağını bildirib.

Onun sözlərinə görə, bu, HƏMAS-ın geriyə yolu olmadığı üçün baş verəcək. "İsrail ordusuna qarşı mübarizədə döyüşçülər müxtəlif tələlərdən və əldəqayırma partlayıcı qurğulardan, eləcə də geniş yeraltı tunellər şəbəkəsindən istifadə edəcəklər", - alim qeyd edir.

“Hazırda İsraillə bütün sərhədlər bağlıdır, humanitar yardım yalnız Rəfah keçid məntəqəsindən gətirilə bilər. Onların gedəcək yerləri yoxdur, ona görə də düşünürəm ki, HƏMAS İsrailin işğalını dəf etmək qərarına gələcək”, - o əlavə edib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm