Yaxın Şərq
Qəzzadan İsrailə atılan raketlərin sayı AÇIQLANDI
İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Fələstinin HƏMAS hərəkatı ilə münaqişənin kəskinləşməsindən bəri İsrail ərazisinə 9500 raket və minaatan, eləcə də onlarla pilotsuz uçan aparat atılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti IDF-ə istinadla məlumat yayıb.
Qeyd olunur ki, oktyabrın 7-də hücumun ilk saatlarında üç minə yaxın raket buraxılıb. İki minə yaxın sursatın İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyi də iddia edilir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu, ölkə tarixində ilk dəfədir ki, bütün mövcud hava hücumundan müdafiə sistemləri eyni vaxtda döyüş növbətçiliyinə keçib.
Eyni zamanda, ələ keçirmə effektivliyi faizlə göstərilmir, lakin bir çox raketlərin yaşayış olmayan ərazilərə düşdüyü qeyd olunur.
İDF həmçinin vurğulayır ki, 900-ə yaxın raket mülki obyektlərdən atılıb: məscidlər, məktəblər, xəstəxanalar.
Hesabatda deyilir ki, mərmilərin ümumi sayının təxminən 12 faizi trayektoriyadan çıxaraq Qəzzaya düşüb.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Gözlənilməz hədiyyə sizi sevindirəcək
-
Nida Təhlil 01:01Xameneinin “aradan götürülməsi” – Trampa çıxış yolu təklif edilir
-
Art12 Yanvar 22:28Yüzlərlə tanınmış şəxs qurumdan çıxarılacaq - Fevralın 1-dək vaxt verildi
-
İdman12 Yanvar 21:37“Real Madrid” Xabi Alonso ilə yollarını ayırdı
-
ABŞ12 Yanvar 21:13ABŞ 100 mindən çox vizanı ləğv etdi
-
Sosial12 Yanvar 21:00Bakıda ən ucuz torpaq sahələri - QİYMƏTLƏR
-
İdman12 Yanvar 20:24Dünya çempionunu ürəyindən bıçaqladılar
-
Nida Xəbər 12 Yanvar 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək













.jpg)













.jpg)
.webp)









