İsrailli generaldan şok etiraf: Bataqlıqdayıq, məqsədə çatmayacağıq
Bizi izləyin

Yaxın Şərq

İsrailli generaldan şok etiraf: Bataqlıqdayıq, məqsədə çatmayacağıq

İsrailli generaldan şok etiraf: Bataqlıqdayıq, məqsədə çatmayacağıq

İsrailin Qəzzaya hücumuna ölkə daxilində də reaksiyalar artır.

Publika.az xəbər verir ki, İsrail ordusunun sabiq generalı Yitzhak Brick ordunun müharibə məqsədlərindən uzaqlaşdığını bildirib.

O, İsrail mətbuatındakı məqaləsində vəziyyəti “Qəzzada getdikcə daha çox palçığa batırıq” cümləsi ilə ümumiləşdirib.

Keçmiş general vurğulayıb ki, şərtlər İsrail ordusunun məqsədlərinə çatmasının mümkün olmayacağını göstərir. Yitzhak Brick etiraf edib ki, ordunun Rəfah şəhərinə girmək niyyəti yoxdur. O, HƏMAS-ın bütün Rəfaha nəzarət etdiyini bildirib:

“ İsraildəki ifrat sağçı hökumət üzvlərini də tənqid edirəm. Üzvlər yerdəki faktları görməzlikdən gələrək yalan bir reallıq yaşayırlar”, - general bildirib.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm