Suriya ilə münasibətlərin normallaşması: Türkiyə 4 şərtini açıqladı
Bizi izləyin

Yaxın Şərq

Suriya ilə münasibətlərin normallaşması: Türkiyə 4 şərtini açıqladı

Suriya ilə münasibətlərin normallaşması: Türkiyə 4 şərtini açıqladı

Türkiyə tərəfinin Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərti var.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, 2011-ci ilə qədər mövcud olan ikitərəfli münasibətlərin bərpası üçün bu şərtlər zəruridir.

1. Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq üçün terrorçu ünsürlərin zərərsizləşdirilməsi.

2. BMT TŞ-nin qərarı çərçivəsində Suriyanın öz xalqı ilə milli birliyinin, xalqının haqlı tələbi və gözləntiləri əsasında təmin edilməsi.

3. Bununla əlaqədar təhlükəsiz və şərəfli qayıdış üçün lazımi şəraitin yaradılması.

4. Humanitar yüklərin maneəsiz hərəkəti.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Suriya ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirməklə yanaşı, Suriya prezidenti Bəşər Əsədi də Türkiyəyə dəvət etmişdi.

Daha sonra Əsəd buna müsbət cavab verib və həmçinin vurğulayıb ki, Türkiyə qoşunları Suriya ərazilərini tərk etməyənə qədər Suriya danışıqlara başlamayacaq.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm