İdman
18 yaşlı qadın futbolçu öldürüldü: Sevgilisi və anası saxlanıldı - FOTO
Pensilvaniyada 18 yaşlı futbolçu Kerolin Haynts öldürülüb. Onun 18 yaşlı sevgilisi Roys Mozer və 56 yaşlı anası Reyçel qətl şübhəsi ilə həbs ediliblər.
Publika.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Heynz bu yaxınlarda Peters-Taunşip liseyini bitirib və Pensilvaniya Qərbi Kaliforniya Universitetinə qəbul olmağa hazırlaşırdı. Orada qadın futbol komandasında oynaması gözlənilirdi. Onun cəsədi ictimai kitabxananın yaxınlığında “Jeep Cherokee” avtomobilinin baqajında tapılıb.
Ailəsinin onun evə qayıtmadığını bildirməsindən sonra polis axtarışa başlayıb. Müstəntiqlərin sözlərinə görə, Haynts saat 21:30 radələrində evdən çıxıb və Mozerlə atasının evinin yaxınlığında görüşüb. Münasibətləri və gələcəkləri ilə bağlı söhbət zamanı aralarında münaqişə yaranıb.
Polisin məlumatına görə, Mozer evdən mətbəx bıçağı götürərək Hayntsın maşınına qayıdıb və orada iddialara görə, qızı sinəsindən bıçaqlayıb. Daha sonra qızın cəsədini maşına qoyub anasının evinə gedib.
Müstəntiqlər iddia edirlər ki, Reyçel Mozer oğluna maşını yumağa və potensial dəlilləri çıxarmağa kömək edib. İddialara görə, o, həmçinin ona lateks əlcəklər verib və avtomobili Kaliforniya-Borouna doğru sürərkən onu müşayiət edib. Maşın sonradan kitabxananın yaxınlığında atılıb.
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?


















.jpg)















