Yaxın Şərq
Netanyahunun evinə hücum qorxudub: İsrailin Nazirlər Kabineti harada toplaşacaq?
Oktyabrın 19-da "Hizbullah"ın İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki bağ evinə həyata keçirdiyi dron hücumu Təl-Əviv rəhbərliyini bir sıra yeni təhlükəsizlik tədbirləri görməyə sövq edib.
Publika.az xəbər verir ki, kabinet iclasları təhlükəsizlik baxımından gizli bir yerdə keçiriləcək.
Bildirilib ki, "Hizbullah" tərəfindən siyasətçilərə və simvolik binalara qarşı hücumlar ehtimalı nəzərə alınaraq kabinet iclasları üçün yeni təhlükəsizlik protokolu yaradılıb. Buna uyğun olaraq görüşlər daha sabit yerlərdə keçirilməyəcək.
İsrail Baş Nazirliyinin Qeysəriyyədə Netanyahunun evinin yerləşdiyi əraziyə təhlükəsizlik əlavələrinin inşası üçün xəzinədən 2 milyon İsrail şekeli büdcə tələb etdiyi öyrənilib. Netanyahu və ailəsi evdə olmadığı zaman baş verən hücum evə cüzi ziyan vurub.
Digər tərəfdən, İsrailin “Kanal 13” televiziyası İranın Netanyahunun iqamətgahına hücumunun intiqamının hələ alınmadığını, İsrail Təhlükəsizlik Kabinetinin buna ayrıca hücumla cavab verməyə qərar verdiyini iddia edib.
Aysel Şahmar
-
MDB17:52
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
-
Dünya16:47
Ana iki övladı ilə həyatına son qoydu: İntihar, yoxsa qətl?
-
İdman16:20
Əfsanə yeni sevgili tapdı: İkinci dəfə xəyanətdə ittiham olunur - FOTOLAR
-
Rəsmi xronika16:05
İlham Əliyev sərəncam imzaladı
-
Dünya15:35
Gülənin "kürəkənlər çarxı": Korporativ nikahlar vasitəsilə güc və pula nəzarət
-
Magazin115:27
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbs olunacaq?
-
Hadisə14:33
Xəyanətə görə öz evini yandırdı, həmkəndlisini isə alçaldaraq... - Sabirabadda şok olay
-
İdman14:20
Ulduz futbolçunun matça gedərkən özü ilə nə götürdüyünə inanmayacaqsınız - VİDEO