İsrail Qasımı hədələdi: Tarixdə ən qısa dövr olacaq
Bizi izləyin

Yaxın Şərq

İsrail Qasımı hədələdi: Tarixdə ən qısa dövr olacaq

Livanın şiə islamçı “Hizbullah” qruplaşmasının rəhbəri Naim Qasım tarixin ən qısa liderlik dövrü ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi “Facebook” sosial şəbəkəsində yazıb.

“Hizbullah” Naim Qasımı yeni baş katib elan etdi. Əgər o, sələfləri Həsən Nəsrullah və Haşim Səfiəddinin yolu ilə getsə, onun vəzifədə qalması bu terror təşkilatının tarixində ən qısa müddətə çevrilə bilər”, - deyə İsrail XİN xəbərdarlıq edib.

Oktyabrın 29-da Qasımın “Hizbullah”ın yeni baş katibi təyin edilməsi ilə bağlı məlumat yayılıb. Bundan əvvəl o, baş katibin birinci müavini vəzifəsində çalışıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm