Yaxın Şərq
Eskalasiyanın beşinci mərhələsi: Husilər İsrailin Təl-Əvivdəki hərbi bazasını vurdu
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ölkənin mərkəzi hissəsindəki Yaffa (Təl-Əvivin ərəb bölgəsi) yaxınlığındakı İsrail hərbi bazasına hücum edib.
Publika.az xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, zərbə “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edilməklə həyata keçirilib. Mərminin düşməsi nəticəsində bazada yanğın baş verib.
Sariya İsrail ərazisinə raket hücumunu bu dövlətlə qarşıdurmanın bir hissəsi kimi “eskalasiyanın beşinci mərhələsi” adlandırıb.
Husi sözçüsü əlavə edib ki, İsrail Fələstinə və Livana qarşı “təcavüzünü” dayandırana qədər "Ənsar Allah" hücumlarını davam etdirəcək.
Fələstinin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının ötən il oktyabr ayında İsrail sərhədindəki yaşayış məntəqələrinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət daha da pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib.
Adəm Abbaslı
-
ABŞ22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Sosial21:13Cavanşir Yusifov şadlıq sarayı aldı
-
Elm və təhsil20:44Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
-
Ekopublika.az19:25Azərbaycanda kimlərin maaşı ARTACAQ? - YENİLİK
-
Magazin118:55Gecə zəng etdi ki, uşağım acından ağlayır... - Ağadadaş Ağayev açıqlamaları ilə gündəm oldu
-
Hadisə17:33Kamran Əsədov həbs edildi - Məhkəmə zalında
-
Rəsmi xronika17:14Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım etdi
-
Avropa17:11Ölümcül ssenari: Avropa üç illik xaosa hazırlaşır
























.jpg)











