Yaxın Şərq
Netanyahu HƏMAS-ı məhv edəcəyinə SÖZ VERDİ
İsrail HƏMAS hərəkatını məhv etmək və Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovları geri qaytarmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı xalqa xüsusi video müraciətində bildirib.
"Biz HƏMAS-ı məhv edəcəyik və bütün girovları geri qaytaracağıq", - baş nazir bildirib.
O, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp İsrailin girovları qaytarmaq və Qəzzada HƏMAS-ı məhv etmək səylərini tam dəstəkləyir .
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Fevralın 8-də Həmas Qəzza zolağında saxlanılan daha üç israilli girovu Qırmızı Xaç işçilərinə təhvil verib.
Hüseyn İbadlı
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq






































