Ajda Pekkan oxudu, liderlərin xanımları dinlədi - VİDEO
Bizi izləyin

Dünya

Ajda Pekkan oxudu, liderlərin xanımları dinlədi - VİDEO

Ajda Pekkan oxudu, liderlərin xanımları dinlədi - VİDEO

Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan dövlət və hökumət başçılarının həyat yoldaşları üçün xüsusi qəbul təşkil etmişdi.

Publika.az xəbər verir ki, tədbirdən yeni görüntülər yayılıb.

Çexiyanın Baş nazirinin xanımı Monika Babişovanın sosial şəbəkədə paylaşdığı videoda qəbulun diqqətçəkən detalları əks olunub. Kadrlarda məşhur müğənni Ajda Pekkanın qonaqlar qarşısında mini konsert verdiyi, həmçinin hər bir qonaq üçün fərdi hazırlanan desertlərin üzərində onların ad və soyadlarının baş hərflərinin yer aldığı görünür.

Paylaşılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm