Yaxın Şərq
Qəzzada üz güldürən QƏRAR - Aclığın qarşısı belə alınır
İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək etdi. Lakin vəziyyət qeyri-sabit olaraq qalır.
Publika.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer "Associated Press" agentliyinə müsahibəsində bildirib.
“Hesab edirəm ki, aclıq təhlükəsinin qarşısı böyük ölçüdə alınıb. Qidalanma səviyyəsi atəşkəsdən əvvəl olduğundan aşağıdır. Vəziyyət hələ də dəhşətlidir və insanlar hələ də acdırlar”, - deyə o bildirib.
Fletçer xəbərdarlıq edib ki, atəşkəs pozularsa, aclıq tezliklə Qəzzaya qayıdacaq.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Hüseyn İbadlı
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu

























.webp)
.jpg)










