Yaxın Şərq
Netanyahu HƏMASI HƏDƏLƏDİ - “Fevralın 15-i günortaya qədər”
"Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər bütün girovları azad etməsə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək".
Publika.az xəbər evrir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
O , HƏMAS-ın hərəkatın razılaşmanı pozmaq və girovları azad etməmək qərarına gəldiyini elan etməsindən sonra İsrail ordusuna qüvvələri Qəzza və ətrafına cəmləşdirməyi əmr etdiyini bildirib.
Netanyahu əlavə edib ki, HƏMAS öz xalqını geri qaytarmasa, atəşkəs ləğv ediləcək və HƏMAS tamamilə məğlub olana qədər Qəzzada gərgin döyüşlər davam edəcək .
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib . 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Fevralın 11-də HƏMAS İsrailin atəşkəs razılaşmasının bütün şərtlərinə əməl etmədiyi təqdirdə girovların azad edilməsinin mümkün dayandırılacağını açıqlayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
























.webp)
.jpg)











