Yaxın Şərq
HƏMAS UDUZDU: Qəzzada hakimiyyət onlara təhvil verilir
Radikal HƏMAS hərəkatı Qəzza zolağına nəzarəti Fələstin Milli Administrasiyasına (PNA) verməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News Arabia" telekanalı öz mənbəsinə istinadla məlumat yayıb.
HƏMAS Fələstin Azadlıq Təşkilatına (FAT) ünvanladığı məktubda Qəzza zolağının idarəçiliyini Fələstin Administrasiyası və hökumət komissiyasına təhvil verməyə hazır olduğunu bildirib.
Telekanalın həmsöhbəti qeyd edib ki, HƏMAS hakimiyyətin Fələstin Milli Administrasiyasına ötürülməsi üçün yeni administrasiyada işçilərin iş yerlərinin qorunub saxlanmasını və ya maaşlarının ödənilməsi zəmanəti ilə təqaüdə göndərilməsini şərt qoyub.
Mövcud məlumata görə, hakimiyyətin Fələstin Milli Administrasiyasına təhvil verilməsi qərarı Qahirədə son danışıqlar zamanı Misirin güclü təzyiqindən sonra HƏMAS liderləri tərəfindən qəbul edilib.
Fevralın 17-də yəhudi dövlətinin müdafiə naziri İsrael Katz bəyan edib ki, İsrail öz varlığını təhdid edə biləcək Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək.
Bundan əvvəl ABŞ dövlət katibi Qəzza zolağında sülh naminə HƏMAS-ın kökünü kəsməyə çağırıb.
Hüseyn İbadlı
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu














.jpg)






















