Yaxın Şərq
Netanyahu hərbi katibini Moskvaya göndərdi
İsrailin Baş naziri Benyamin Netanyahu özünün hərbi katibi general-mayor Roman Hoffmanı təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirmək üçün Moskvaya göndərib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı öz mənbələrinə istinadla məlumat yayıb.
Hoffmanın səfəri hərəkətlərin əlaqələndirilməsi və İsrailin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bundan əlavə, İsrail tərəfi Qəzza zolağında saxlanılan israilli girovların, o cümlədən Rusiya vətəndaşının oğlu Maksim Xarkinin azad edilməsini sürətləndirmək üçün HƏMAS hərəkatına təzyiq göstərmək üçün Rusiyadan vasitəçiliyinə müraciət etmək niyyətindədir.
Fevralın əvvəlində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında münaqişə yalnız iki dövlətli həll əsasında həll edilə bilər.
“Nizamlanma yalnız iki dövlət əsasında baş tuta bilər. Bu, BMT-nin prinsiplərinə uyğun olaraq təsbit edilən tezisdir və bu problemlə məşğul olan ölkələrin əksəriyyəti tərəfindən dəstəklənir”, - Kreml nümayəndəsi bildirib.
Hüseyn İbadlı
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU
-
İdman06:46Yamalın qeyri-adi aksesuarları: Çantasının üzərində görün nələr var - FOTO







































