Yaxın Şərq
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı mənzil-qərargahında ölkəsinin yeni bayrağını qaldırıb.
Publika.az xəbər verir ki, o, suriyalıların bunu 14 ildir gözlədiklərini bildirib.
"Bu gün Birləşmiş Millətlər Təşkilatının səmasında dalğalanan bu bayraq təkcə bir ölkəni təmsil etmir; bu, qətiyyətlə mübarizə aparan, təslim olmaqdan imtina edən, azadlıq və ədalətin təmtəraq deyil, əldə edilməli haqq olduğuna inanan bir xalqın iradəsini simvollaşdırır. Tariximizin ağrılı səhifəsini bağlayarkən, bu gün şərəflə dolu tarixi bir anda, Suriya Ərəb Respublikası adından beynəlxalq arenada ilk dəfə olaraq yeni Suriya bayrağımızı dalğalandırmaq üçün buradayam", - deyə Şibani qeyd edib.
Qeyd edək ki, üç qırmızı ulduzu olan yaşıl-ağ-qara bayraq Əhməd Əl Şaraa hakimiyyətə gəldikdən sonra ölkənin yeni hökuməti tərəfindən rəsmi olaraq qəbul edilib.
Ləman
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ

































.png)





