Yaxın Şərq
HƏMAS ABŞ-ı biabırçı davranışda ittiham etdi: Necə əl qaldıra bilərdi?
Fələstinin radikal HƏMAS hərəkatı Birləşmiş Ştatların Qəzza zolağında dərhal atəşkəsə çağıran BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə qarşı veto hüququndan istifadə etmək qərarını tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarının gedişi ilə bağlı qeyri-müəyyənlik fonunda HƏMAS-ın siyasi büro üzvü və sözçüsü Basem Naim bildirib ki, “danışıqlara təsirindən asılı olmayaraq, amerikalıların bu cür davranışı utancverici və qınaq obyektidir”.
O qeyd edib ki, bu, Vaşinqtonun dünya səhnəsində təbliğ etmək istədiyi ideallarla ziddiyyət təşkil edir.
"Bir Amerika nümayəndəsi BMT-dəki minlərlə günahsız insanın həyatını xilas edə biləcək Təhlükəsizlik Şurasının qətnaməsinə qarşı necə əl qaldıra bilərdi?", - deyə Basem Naim bildirib.
Onun sözlərinə görə, Amerika administrasiyasının İsrailin xeyrinə veto hüququndan dəfələrlə istifadə etməsi İsrailin lehinə olan ardıcıl siyasəti təsdiq edir.
Adəm
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var

















.jpg)


















