Yaxın Şərq
İsrail Beyrutun cənubunu bombaladı
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun cənub ətrafı Dahiya şəhərinə bir neçə bomba atıb.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Dahiyaya zərbələr endirilməsi ilə bağlı xəbərlərdən sonra İsrailin müdafiə naziri İsrael Katz şəhərə hava zərbələri endirildiyini təsdiqləyib.
Katz "X" sosial şəbəkəsindəki səhifəsində yazıb:
“Baş nazir Benyamin Netanyahu və mən bu axşam İsrail ordusuna Beyrutun Dahiya məhəlləsinin mərkəzində "Hizbullah" terror təşkilatı tərəfindən pilotsuz uçan aparatların istehsalı və saxlanması üçün istifadə edilən binalara hücum və dağıdılması əmri verdik”.
O, həmçinin Livan hökumətini "Hizbullah"ın atəşkəsi pozmasının qarşısını ala bilməməkdə ittiham edib.
Bundan əvvəl İsrail ordusu Livandakı "Hizbullah" bölməsinin komandirinin məhv edildiyi barədə məlumat yaymışdı.
İsrail ordusunun məlumatına görə, hərəkatın raket bölməsinə rəhbərlik edən Məhəmməd Əli Camul Şakif bölgəsində öldürülüb.
Hüseyn İbadlı
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var

















.jpg)


















