Yaxın Şərq
İsrail hökuməti gözlənilən planı TƏSDİQLƏDİ
İsrail hökuməti Qəzza sektorunda saxlanılan bütün girovların azad olunması planını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi Yəhudi dövlətinin baş nazirinin ofisinə istinadla məlumat yayıb.
Bildirilib ki, bu addım anklavda münaqişənin sülh yolu ilə həllinin ilk mərhələsi olmalıdır.
Məlumatda qeyd olunub ki, hökumət bütün girovların, hətta sağ qalmayanların da azad olunmasını nəzərdə tutan razılaşmanı təsdiqləyib.
Əvvəlki gün HƏMAS-ın Qəzza sektorundakı lideri Xəlil əl-Həyyə bəyan edib ki, İsrail hakimiyyəti atəşkəs razılaşması çərçivəsində bütün fələstinli qadın və uşaqları azad edəcək.
Qəzza sektorunda atəşkəs rejimi 9 oktyabr tarixində qüvvəyə minib. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmanın ilk mərhələsi çərçivəsində hər iki tərəfdən bütün girovlar azad ediləcək və İsrail qoşunları razılaşdırılmış xəttə doğru geri çəkiləcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?




















.jpg)





.jpg)










