Yaxın Şərq
HƏMAS sülh sazişinin imzalanması mərasimində iştirakdan İMTİNA ETDİ
Fələstin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanması mərasimində iştirakdan imtina edib.
Publika.az "Le Figaro" nəşrinə istinadla xəbər verir ki, bu barədə qruplaşmanın siyasi bürosunun üzvü Husam Badran məlumat verib.
Badran bildirib ki, sülh danışıqları məsələsində HƏMAS Qətər, Misir və Türkiyə kimi vasitəçilərə güvənəcək.
Qəzza zolağında atəşkəs münasibətilə “Sülh Sammiti” Misirin Şarm əl-Şeyx şəhərində bazar ertəsi, 13 oktyabr tarixində keçiriləcək.
9 oktyabrda ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail və HƏMAS Qəzza zolağında nizamlanma ilə bağlı sülh planının ilk mərhələsi üzrə razılaşma imzalayıblar. Amerika lideri qeyd edib ki, bu razılaşma çox yaxın zamanda bütün girovların azad olunmasını və İsrail qoşunlarının razılaşdırılmış xətlərə çəkilməsini nəzərdə tutur.
Həmin gün HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Xalil əl-Hayya bildirib ki, razılaşma çərçivəsində İsrail hakimiyyəti bütün fələstinli qadın və uşaqları azad edəcək. Onun sözlərinə görə, ümumilikdə 250 məhbus və 1,7 min anklav sakini azadlığa buraxılacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?












.jpg)








.jpg)




.jpg)










