Yaxın Şərq
Əl-Əsəd: "Əgər İsrail razılaşmaya əməl edərsə..."
Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) İsrail tərəfindən Qəzza sektorunda atəşkəs razılaşmasına əməl olunacağı halda, bu ölkəyə raket hücumlarını və Qırmızı dənizdə gəmilərə edilən hücumları dayandıracaq.
Publika.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə hərəkatın siyasi bürosunun üzvü Huzam əl-Əsəd bildirib.
"Əgər İsrail razılaşmaya əməl edərsə, hərbi əməliyyatlarımız dayandırılacaq, lakin biz onun icrasını izləməyə davam edəcəyik," – deyə o vurğulayıb.
Əl-Əsəd əlavə edib ki, əgər İsrail Qəzzadakı fələstinlilərə qarşı təcavüz və blokadanı bərpa edərsə, husilər hərbi əməliyyatları əvvəlkindən daha intensiv şəkildə davam etdirəcəklər.
Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olublar. Razılaşma 10 oktyabrda, İsrail qoşunlarının Qəzza sektorundan qismən geri çəkilməsindən sonra qüvvəyə minib.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?












.jpg)













.jpg)










