Yaxın Şərq
İrana xüsusi təyinatlı qüvvələrin yeridilməsi müzakirə olundu - Hədəf uran ehtiyatlarıdır
ABŞ və İsrail rəsmiləri İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək məqsədilə xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi imkanlarını müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "Axios" nəşri məsələdən xəbərdar olan dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müharibədəki əsas hədəflərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bu məqsədə çatmaq üçün ölkədəki 450 kq (992 funt) ağırlığında olan 60 faiz zənginləşdirilmiş uran ehtiyatının müsadirə edilməsi əsas şərt kimi nəzərdən keçirilir.
"Axios" qeyd edir ki, bu missiya böyük ehtimalla müharibənin "sonrakı mərhələsində" reallaşa bilər. Bunun üçün ABŞ və İsrail əvvəlcə İran ordusunun artıq ciddi müdafiə qabiliyyətinə malik olmadığını dəqiqləşdirməlidir.
Ötən ilin iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə və infrastrukturuna endirdiyi zərbələrdən sonra uran ehtiyatlarının taleyi qeyri-müəyyən olaraq qalır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bildirib ki, İran tərəfi agentlik əməkdaşlarının bombalanmış ərazilərə daxil olmasına icazə vermir. Eyni zamanda, AEBA müfəttişləri İranın nüvə silahı hazırlamaq üçün əlaqələndirilmiş proqramına dair hələlik hər hansı sübut tapmadıqlarını vurğulayıblar.
-
Magazin102:12İrina Şeyk kiçik bikinidə pozalar verdi - FOTO
-
Magazin200:45Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Avropa00:30İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu - FOTO
-
Magazin100:15Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyəcanlı bir eşq qapını döyə bilər
-
Region8 Avqust 22:48Dəhşətli hərbi toqquşmalardan qalan yadigar - Türkiyə çimərliyində nə tapılıb?
-
Magazin18 Avqust 22:24"Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq" - Naibə Allahverdiyeva
-
Hadisə8 Avqust 21:12Xocavənddə buldozer minaya düşdü



















.jpg)







.jpg)








