Yaxın Şərq
İsrail açıqladı - Görün bir günə İrana neçə yüz hava zərbəsi endirilib
İsrail qırıcıları son sutka ərzində İranın qərbində və mərkəzində 400-dən çox hədəfə hava zərbələri endirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hücuma məruz qalan hədəflər arasında ballistik raketlərin buraxılış qurğuları və müxtəlif silahların istehsal obyektləri olub. Əməliyyat başlayandan bəri İsrail ərazisinin atəşə tutulmasını maksimum dərəcədə azaltmaq məqsədilə rejimin yüzlərlə buraxılış qurğusu, hava hücumundan müdafiə sistemləri, silah anbarları və digər obyektləri hücuma məruz qalıb.
"Financial Times" qəzeti qeyd edib ki, İranın hərbi potensialı ballistik raketlərin buraxılış qurğularından asılıdır. Onların vasitəsilə Tehran 2 min km-ə qədər məsafəyə zərbə endirə bilər. Bununla yanaşı, ABŞ və İsrail hərbi kampaniyanın lap əvvəlindən məhz bu qurğuların məhv edilməsinə diqqət cəmləyiblər
-
Dünya19 Oktyabr 23:55Kim Çen İn insult keçirib? - Komada olduğu iddia edilir
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika19 Oktyabr 14:23Prezident bir qrup energetiki təltif etdi


























.png)








