Yaxın Şərq
Ər-Riyad yenə vuruldu - 2 nəfər öldü, 12 nəfər yaralandı
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində mərminin yaşayış məhəlləsinə düşməsi nəticəsində iki nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə krallığın mülki müdafiə xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hərbi mərmi Əl-Xarc əyalətindəki yaşayış rayonuna düşüb, nəticədə iki nəfər ölüb, 12 nəfər yaralanıb. Həlak olanlar Hindistan və Banqladeş, xəsarət alanlar isə Banqladeş vətəndaşlarıdır", — deyə məlumatda bildirilir.
Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi PUA-nın diplomatik məhəlləyə hücum cəhdi barədə məlumat vermişdi. Qurumdan vurğulanıb ki, hadisə zamanı xəsarət alan olmayıb, infrastrukturun zədələnməsi də qeydə alınmayıb.
Hüseyn İbadlı
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika19 Oktyabr 14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial19 Oktyabr 13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama



























.png)







