Yaxın Şərq
Tehrandan cavab zərbəsi: Körfəz ölkələrində bu obyektlər vuruldu
İran Körfəz regionunda bir neçə strateji obyektə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, hücum Bəhreynin Müharraq vilayətində yerləşən yanacaq bazasına edilib. Bildirilib ki, zərbənin hədəfi əyalətdəki obyektlərdən birində yerləşən yanacaq çənləri olub. Hadisə ilə bağlı araşdırmanı səlahiyyətli qurumlar aparır.
Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzi ölkələrində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.
SEPAH-ın məlumatına görə, hücumlar Birləşmiş Ərəb Əmirliklərində yerləşən Fuceyra limanının neft zonasına və Şarja şəhərinin sənaye bölgəsinə yönəlib. Hədəflər arasında Küveytdə yerləşən ABŞ-ın Əli əl-Səlim aviabazası da göstərilib.
İran tərəfi bildirib ki, bu zərbələr ABŞ və İsrailin yaxın günlərdə Tehranda neft bazaları və neft emalı obyektlərinə endirdiyi hücumlara cavab olaraq həyata keçirilib.
SEPAH-ın iddiasına görə, peyk görüntüləri regionda hərbi infrastruktura xidmət edən üç strateji obyektin zədələndiyini göstərir.
Adəm
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO





































.jpg)

.jpg)