Yaxın Şərq
İsrail İran diviziyasının komandirlərini də öldürdü
İsrail Müdafiə Ordusu Livanda İran diviziyasının komandirinin və yüksək rütbəli üzvlərinin öldürüldüyünü bəyan edib.
Publika.az "The Times of Israel"ə istinadən xəbər verir ki, "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn diviziyası"nın komandiri ötən gecə Livana endirilən aviazərbə nəticəsində müavini və digər komandirlərlə birgə öldürülüb.
Hərbçilərin məlumatına görə, diviziya komandanı Əli Musəlləm Təbayə bu vəzifəyə əvvəlki komandir 2024-cü ilin oktyabrında İsrail tərəfindən öldürüldükdən sonra təyin edilib.
"Bu, SEPAH-ın Livan ərazisindən İsrailə hücum etmək tapşırığı daşıyan İran bölməsidir. İllərdir biz onları aşkar edib məhv etməyə çalışırdıq. Ötən gecə onlar İsraili atəşə tutarkən saniyələr içində məhv edildilər", - İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir videomüraciətində bildirib.
İsrail ordusunun məlumatına görə, dünənki aviazərbə nəticəsində diviziya komandirinin müavini Cihad əl-Səfira, pilotsuz uçuş aparatlarının idarə olunması üzrə zabit Saqer əl-Həndəsə və bir sıra digər yüksək rütbəli komandirlər də həlak olub.
-
İdman22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

































