Hörmüzdə daha bir gəmi minaya düşdü - Yanır
Bizi izləyin

Yaxın Şərq

Hörmüzdə daha bir gəmi minaya düşdü - Yanır

Hörmüzdə daha bir gəmi minaya düşdü - Yanır

Hörmüz boğazının şərqində minaya dəyən tankerdə yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən İRNA məlumat yayıb.

Agentliyin açıqlamasında deyilir: "Bir neçə saat əvvəl Hörmüz boğazının şərq hissəsində bir tanker minaya düşərək yanğına səbəb olub. Bu tanker naviqasiya sistemlərini sıradan çıxarmışdı".

Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirir və qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarəti üçün əsas marşrutdur. İran-ABŞ münaqişəsi fonunda ərazidə gəmiçilik hərbi əməliyyatlar, gəmilərin keçidinə qoyulan məhdudiyyətlər və dəniz minaları riski ilə təhdid altındadır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm