Nəqliyyat
Yollarda hərəkət çətinləşdi - Polis sürücülərə belə kömək etdi - - FOTO/VİDEO
Video əlavə olunub.
***
Respublikanın bir çox bölgələrində olduğu kimi Astara rayonuna da güclü qar yağıb. Qarın yağması ilk növbədə yollarda hərəkətin axınına öz təsirini göstərir. Bu cür hava şəraitində Dövlət Yol Polisi əməkdaşları həm sürücülərin, həm də piyadaların köməyinə çatıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstərərək öz xidməti fəaliyyətlərinin öhdəsindən layiqincə gəldiklərini nümayiş etdiriblər.
Bununla yanaşı, polis əməkdaşları yolların təmizlənməsi, qum və duz səpilməsinin təşkili prosesində də fəallıq nümayiş etidirblər. Gün ərzində hərəkətin axını tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb. Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyyə ediblər.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi





















.png)
.jpg)














