Nəqliyyat
AZAL: Öncədən satılan biletlərin hər biri geri qaytarılacaq
Koronavirus infeksiyasının yayılması nəticəsində yaranmış vəziyyətlə bağlı bilet satışları dayandırılıb. Öncədən satılmış biletlərin hər biri geri qaytarılacaq. Onların qiymətləri, xərcləri alan sərnişinə geri ödəniləcək.
Publika.az xəbər verir ki, bu sözləri ATV-nin efirində "ATV Aktual" verilişində qonaq olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov deyib.
"Bu gün kassaların qarşısında sıxlıq yaşanır. Sərnişinlərə tövsiyə edərdim ki, bileti olan şəxslər biletlərini onlayn şəkildə geri qaytarsınlar. Həmin sərnişinləri bir çoxu biletləri onlayn əldə ediblər. İndi də həmin qaydada evdə oturaraq, onlayn şəkildə biletləri geri qaytarıb xərclərini geri götürə bilərlər. Belə olan halda həm evdə olarlar, həm də kassaların qarşısında sıxlıq yaranmaz", - deyə İ.Əmirov qeyd edib.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılması səbəbilə AZAL bir sıra istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb.
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
















.jpg)




















