Nəqliyyat
50 manat cərimələnə bilərsiniz - Yol polisindən XƏBƏRDARLIQ
Avtomobilini texniki baxışdan keçirməyənlər cərimə olunacaq. Çünki hazırda qüvvədə olan sərt karantin rejimi qaydaları avtomobillərin texniki baxışdan keçirilməsinə mane deyil.
Texniki baxış zamanı hər hansı ləngimə yaranarsa, bununla bağlı yolda karantin qaydasının pozulduğu üçün cərimə tətbiq olunmayacaq. Çünki Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzi tərəfindən gecikmə yarandığı halda vətəndaşlara sərbəst hərəkət üçün arayış verilir.
Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzinin müfəttişi Elgiz Teymurov bildirib ki, texniki baxışla bağlı güzəşt edilməyəcək. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək cərimələr tətbiq olunacaq.
Mərkəzdən verilən məlumata görə, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atanlar var. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.
Qeyd edək ki, müayinə mərkəzi həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. (Xezerxeber.az)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

