Nəqliyyat
Avtomobil idxalı asanlaşa bilər: DGK-nin yeni xidməti
Sentyabrın 29-da Dövlət Gömrük Komitəsində yeni elektron xidmətin tətbiqinə başlanıldı. Bu xidmət Azərbaycana idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq və onların Avro-4 ekoloji standartına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq.
Məsələ barədə fikirlərini Publika.az-a açıqlayan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, Azərbaycanda tətbiq edilən Avro-4 standartı idxala mane olurdu:
“Vətəndaş hansısa ölkədən, misaı üçün Gürcüstandan avtomobil alıb gömrük-buraxılış məntəqəsinə gətirirdi. Amma burada məlum olurdu ki, gətirdiyi avtomobil bu standarta uyğun deyil. Ona görə yenidən geri qaytarmalı olurdu ki, bu da vaxt və maliyyə itkisi hesabına başa gəlirdi. DGK belə halları aradan qaldırmaq üçün elektron xidməti tətbiq etməli oldu. Bundan sonra vətəndaş aldığı avtomobillə bağlı bütün məlumatları həmin sistemə daxil edəcək və müsbət cavab aldıqdan sonra ölkəyə rahat şəkildə gətirəcək”.

Xidmətin istifadəyə verilməsini müsbət addım kimi dəyərləndirən ekspert bildirdi ki, bundan sonra vətəndaş çıxılmaz vəziyyətə düşmyəcək:
“Avtomobil idxalında çətinliklər hələ də qalmaqdadır. Bəzən gömrükdə uzun növbə yaranır. . Əslində avtomobillərin rüsumu, rəsmi qeydiyyata alınması və dövlət nömrə nişanının verilməsi kimi prosesləri bir neçə dəqiqəyə həll etmək mümkündür. Gürcüstanda bu proses çox sürətlə və operativ şəkildə həyata keçirilir. Vətəndaşların rüsumlarla bağlı şikayətlərinin şahid olmuşam. Onlar rüsumun çox yüksək olduğunu, əlavə pul alındığını, bəzi hallarda ödəmə imkanı olmadığını bildirir. Əslində bəzləri aldıqları avtomobilin qiymətini aşağı göstərməyə və az rüsum ödəməyə çalışır. Artıq gömrükdə bütün xidmətlər avtomatlaşdırılıb, əlavə haqq, yaxud rüşvət məsələsi qalmayıb. Vətəndaş bilməlidir ki, gömrüyün əməkdaşları artıq peşəkarlardır. Onlar avtomobilin markasına, istehsal ilinə baxan kimi, qiymətini müəyyən edə bilirlər. Ən azından beynəlxalq avtomobil şirkətlərinin saytları var, ora daxil olub, avtomobil barədə məlumat əldə edə bilirlər. Amma bir çox hallarda vətəndaş avtomobili bazardan aldığı üçün qiymətini, köçürülən məbləği və digər məlumatları əldə etmək mümkün olmur. Bir sözlə, şübhəli məqamlar ortaya çıxır. Buna görə də gömrük əməkdaşları avmobilin dünya bazarına uyğun ortalama qiymətini çıxarmağa və gömrük rüsumu tətbiq etməyə məcbur olur”.
Rövşən Ziya
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
İdman05:15DÇ-2026: Kanada Qətəri darmadağın etdi
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO




































