Nəqliyyat
Bakıdan Praqaya aviareyslərin sayı artırıla bilər
Bakı və Praqa arasında aviareyslərin sayı artırıla bilər.
Publika.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) idarə heyətinin sədri Göydəniz Qəhrəmanovla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə həmçinin Azərbaycan ilə Çexiyanın turizm təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və qarşılıqlı iş birliyinin qurulması məsələləri, Assosiasiyanın fəaliyyəti və üzvləri haqqında məlumat verilib, birgə layihələrin hazılanması, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı turistlərə viza verilməsi şərtlərinin sadələşdirilməsi, viza verilmə mərkəzlərində sənədlərin qəbulu prosesində yaşanan müəyyən çətinliklərin aradan qaldırılması məsələləri də müzakirə olunub.
Görüş çərçivəsində səfir Milan Sedlaçek, komminikasiya əlaqələrinin qurulması, qarşılıqlı turist cəlb ediciliyinin artırılması və iki tərəfli əməkdaşlığın inkişafı üçün səfirliyin dəstək göstərəcəyini diqqətə çatdırıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)





















.jpg)

.jpg)