Nəqliyyat
Avtobus marşrutları üzrə müsabiqənin qalibləri açıqlandı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Şəki, Bakı-Siyəzən, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
AYNA-dan Publika.az-a bildirilib ki, məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
• “Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Saray” MMC;
• “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Quliyev Vüqar Həsənağa oğlu;
• “Sumqayıt-Tərtər” marşrutu üzrə fiziki şəxs İbadov Kəniş İsmayıl oğlu;
• “Sumqayıt- Şəki” marşrutu üzrə fiziki şəxs Mustafayev Elman Fərrux oğlu;
• “Sumqayıt-Oğuz” marşrutu üzrə fiziki şəxs Rüstəmov Elçin Fərrux oğlu;
• “Salyan-Gəncə” marşrutu üzrə fiziki şəxs Əliyev Ədalət Mirəli oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
















.webp)





















.png)