Nəqliyyat
Gürcüstana qatarla gediş-gəliş bərpa olunur? - RƏSMİ
Azərbaycan-Gürcüstan arasında dəmir yolu vasitəsi ilə sərnişindaşımanın bərpası planlaşdırılmır.
Publika.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-ın sorğusuna cavabda bu barədə bildirilib.
Qeyd edilib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğundan bütün istiqamətlərə beynəlxalq sərnişindaşıma dayandırılıb.
“Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir”, - deyə qurumdan deyilib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə mart ayından Azərbayan-Rusiya, Azərbaycan-Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair məlumatlar yer almaqdadır.
555945-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
İdman10:36FİFA-nın şam yeməyi ilə bağlı araşdırma başladı - Tarixi qəsri 1,3 milyona arendaya götürüblərmiş
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO




































