Nida.az
“Azərbaycan təyyarələri Ermənistanı bombalayacaq” – II Qarabağ müharibəsi başlayır?

Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağda yeni
müharibənin başlaması ehtimallarını araşdırıb.
Publika.az xəbər verir ki, nəşr Azərbaycan müdafiə
naziri Zakir Həsənovun “Silahlı Qüvvələrin bütün şəxsi heyəti
qələbə qazanmaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün tam
hazırdır” sözlərini yeni gərginliyin ola biləcəyi kimi şərh
edib.
Moskva Dövlət Universitetinin Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri
İsmayıl Ağakişiyev “Kommersant”a açıqlamasında bildirib ki, Bakı
artıq 90-cı illərdəki kimi deyil və onun gücü Qarabağda müharibə
aparıb ərazi bütövlüyünü bərpa etməyə yetərli qədərdir: “Azərbaycan
müdafiə nazirinin açıqlamaları isə təhdid deyil, bu sadəcə olaraq,
xəbərdarlıqdır. Çünki Azərbaycan həmişə sülhə köklənib,
fəaliyyətini də bu istiqamətdə qurur. əsas məsələ ərazi
bütövlüyünün bərpasından gedir. Nəzərə almalıyıq ki, bunun üçün iki
yol var: sülh və hərbi yol. Baxmayaraq ki, bu gün Azərbaycan xalqı
hərbi yolla torpaqlarını işğaldan azad etməyə hazırdır, onlar
əsasən sülh tərəfdarıdır. Azərbaycan dövləti də münaqişənin sülh
yolu ilə həllinə hazırdır. Belə olmasaydı, uzun müddət gözləməz və
danışıqlar aparmazdı. Lakin Azərbaycan üçün hərbi yol heç vaxt
istisna olmayıb".
Rusiyalı politoloq Boris Dolqin də Azərbaycanın sülh tərəfdarı
olduğunu deyib.
“Lakin son vaxtlar bu cür açıqlamalar da təsadüfi deyil. Ölkə
ictimaiyyəti müharibəyə tam hazırdır. əgər dövlətin vektoru
dəyişərsə və müharibə elan edərsə, Azərbaycan cəmiyyəti bunu çox
normal qarşılayacaq və bu dəyişiklik onlar üçün təəccüblü
olmayacaq”, - deyə ekspert bildirib.
MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev
isə qeyd edib ki, Azərbaycan hərbi güc baxımından Ermənistandan
öndədir, xüsusilə aviasiyada: “Azərbaycan təyyarələri istənilən
vaxt Ermənistandakı obyektləri bombalayaraq darmadağın edəcək. Yəni
bu potensial mövcuddur. Hələlik sülh danışıqları davam edir, lakin
bu, müharibənin nə vaxtsa baş verməyəcəyi demək deyil. Müharibə hər
an ola bilər və bu, uzunmüddətli müharibə olacaq. Hesab etsək ki,
müharibə başlayıb, o zaman Rusiya da məcbur olaraq bu bataqlığa
girəcək. Bu isə Türkiyənin aktiv şəkildə müharibəyə qoşulması
deməkdir”.
Onun sözlərinə görə, müharibə ehtimalı uzaq perspektivdədir.
“Lakin bu qorxunu hər kəs hiss edir. Buna görə də Rusiya xarici
işlər naziri Sergey Lavrov münaqişə müharibəyə çevrilmədən onun
həllinin tezləşdirilməsi tezisini irəli sürür”, - deyə ekspert
vurğulayıb.
Asif Nərimanlı

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq