Nida.az
Neft bazarı uğrunda müharibə başlayır: Azərbaycan tərəfini necə seçəcək?
Avropanın qaz bazarı uğrunda mübarizədə qaz amili ilə
yanaşı, neft faktoru da ön plana çıxır.
Publika.az xəbər verir ki, “Röyters” agentliyi
Rusiyanın Avropa bazarı uğrunda mübarizəni genişlətdiyini yazır:
“Moskva Səudiyyə Ərəbistanının Avropa bazarına çıxışını qəbul etmək
istəmir və bu istiqamətdə amansız rəqabət gedir”.
Agentlik qeyd edir ki, Moskva ilə Ər-Riyadın Suriyada fikir
ayrılığı Avropa bazarına münasibətdə də özünü göstərir: “Rusiya
Federasiyasının prezidenti Vladimir Putin bu günlərdə Səudiyyə
kralının oğlu, regionda təhlükəsizlik siyasətinin hazırlanmasında
əsas fiqur olan ibn Məhəmmədlə müzakirələr apardı. Rusiya oktyabrın
21-də OPEK ölkələrinin müşavirəsində iştirak edəcək. OPEK-ə daxil
olmayan 8 ölkə var. Bunlar Rusiya, Azərbaycan, Qazaxıstan,
Braziliya, Kolumbiya, Meksika, Norveç və Omandır. Müşavirədə
Venesuela aşağı keyfiyyətli neftin bir barelinin 70 dollar
qiymətində saxlanılması üçün yeni strategiya təklif edəcək.
Küveytin neft sənayesi naziri də çərşənbə axşamı bildirdi ki, OPEK
bu strategiyanı müzakirə edəcək”.
“Röyters” əlavə edir ki, söhbət neft xammalı bazarı uğrunda
mübarizədən gedir.
“Dünyada ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı ildə
təxminən 20 milyon ton xammalı Polşaya çatdırmaqla Rusiyanı bu
bazardan çıxarmağa başlayıb”, - deyə agentlik qeyd edib.
Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, qlobal
neft bazarları uğrunda həmişə rəqabət olub: “Lakin indi bu rəqabət
daha amansızdır. Biz görürük ki, Səudiyyə Ərəbistanı neft bazarında
rəqabətlə bağlı öz strategiyasını reallaşdırır”.
Novak gözləyir ki, 2016-cı ilin ikinci yarısında neft bazarında
tarazlıq yaranacaq. Onun sözlərinə görə, bu ilin üçüncü rübü
ərzində tələbat təklifdən üstün idi.
“Röyters” yazır ki, neft bazarı uğrunda mübarizə yeni müharibələrə
də yol aça bilər: “Xüsusilə Yaxın Şərqdə üz-üzə gələn neft ölkələri
üçün bu qaçılmaz hala çevriləcək. Neft istehsal edən daha kiçik
ölkələr üçün də çətin dönəm başlaya bilər və onlar tərəf seçməkdə
çətinlik çəkəcək”.
Asif Nərimanlı
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ


































