Nida.az
Xədicə İsmayılova ilə bağlı audio yazı ekspertizaya göndərildi – Özəl
Baş Prokurorluq millət vəkili Ceyhun Osmanlı tərəfindən jurnalist Xədicə İsmayılova ilə bağlı təqdim edilmiş audio yazını ekspertizaya göndərib.
Bu barədə Publika.az-ın sorğusuna cavabında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. E.Sultanov qeyd edib ki, Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə təqdim edilməklə Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə istintaq edilən cinayət işinə əlavə edilmişdir. Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması məqsədi ilə müvafiq ekspertiza təyin edilib.
Hazırda qeyd edilən cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, millət vəkili Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını prokurorluq orqanlarına təqdim etməsi barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. C.Osmanlı bildirib ki, X.İsmayılın “Art Garden” restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu prokurorluq orqanlarına təqdim edib.
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?



































