Nida.az
Müdafiə Nazirliyindən itkin düşmüş hərbçimizlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
"Bu gün baş verən hadisə ilə bağlı onu deyə bilərəm ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən xidməti vəzifələrini yerinə yetirən 4 nəfər hərbi qulluqçularımız baş leytenant Bağırov Fuad Allahverdi oğlu, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçumuz kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıblar".
Publika.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov deyib. Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, bu hərbi qulluqçuların tapılması üçün dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib:
"Ərazinin çətin relyefli yüksəkliklərdə və qarla örtüləsini nəzərə alaraq oraya kifayət qədər şəxsi heyət və texnika cəmləşdirilib. Axtarış işlərinə cəlb olunan şəxsi heyətin İsti çay və isti yeməklə təmin edilib. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu tapılıb. Onlar dərhal Kəlbəcərdəki hərbi hospitala yerləşdiriliblər. Onlara ixtisaslaşdırılmış tibbi yardım göstərilib. Həkim nəzarətindədiər. Hazırda onların həyati təhlükəsi yoxdur. Baş leytenant Fuad Bağırovun tapılması məqsədi ilə axtarış-xilasetmə tədbirləri davam etdirilir"
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi







.jpg)




.jpg)





















.jpg)

.jpg)