Nida.az
Prezidentin işdən çıxardığı nazir müavinləri kimlərdir? - FOTO
Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub.
Publika.az">Publika.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti daha əvvəlki nazir müavinlərini işdən azad edib.
Onlar Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımovdur.
Qeyd edək ki, Elsevər Ağayev bu vəzifədə 1999-cu ildən bu günə kimi çalışıb. O, 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. Həmçinin nazirliyin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir.
Nigar Əliyeva 2009-cu ildən səhiyyə nazirinin müavini kimi çalışıb. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyində Ümumi şöbənin müdiri vəzifəsində işləyib.
Viktor Qasımov isə 2020-ci ilin mart ayında nazir müavini təyin olunub. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyinin Sanitariya və epidemioloji nəzarət sektorunun müdiri olub.
Rahim Əliyev 2018-ci ildən səhiyyə nazirinin müavinidir. 2012-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrində o cümlədən, 2015-2018-ci illər də isə rezidentura şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, 3 fevral 2022-ci il tarixli sərəncamlarla İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video































.png)


.jpg)



