Nida.az
Bu, ölkəmiz üçün mənəvi cəhətdən vacib məsələdir - Şərh
“Cənab Prezidentin 4 fevral tarixində Avropa İttifaqı prezidenti və Fransa prezidentinin iştirakı ilə olan görüşdə kütləvi məzarlıqlar məsələsini açıqlaması və Ermənistanda kütləvi məzarlıqların olmasını qeyd etməsi çox mühüm məqamdır”.
Bunu Publika.az">Publika.az-a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.
Ekspert əlavə edib ki, vaxtilə ermənilər tərəfindən əsir götürülən minlərlə azərbaycanlıdan hələ də xəbər yoxdur: “Bu, həm də ölkəmiz üçün mənəvi cəhətdən vacib məsələdir. Digər tərəfdən isə Ermənistanın keçmiş rəhbərliyinin ifşası üçün kütləvi məzarlıqlar və əsir götürülən azərbaycanlılar mövzusunun aktuallaşdırılması bizim üçün Ermənistanla informasiya müharibəsi kontekstində çox mühüm istiqamətlərdən biridir.
Avropa İttifaqı Ermənistanla bu məsələ ilə əlaqədar danışıqları davam etdirəcək. İstisna deyil ki, təhvil verilən 8 erməninin əvəzinə Ermənistan Birinci (İkinci) Qarabağ müharibəsində itkin və girov düşən azərbaycanlıların kütləvi məzarlıqlarını Aİ vasitəsilə ölkəmizə təqdim etməlidir. Xatırladım ki, Ermənistan 30 il ərzində onların girovluğunda azərbaycanlıların olmadığını və kütləvi məzarlıqlar mövzusunun Azərbaycanın dezinformasiyası olduğunu bildirirdi. Fikrimcə, kütləvi məzarlıqların yerinin aşkarlanması Ermənistanın keçmiş rəhbərliyinin növbəti cinayətlərinin üstünün açılması demək olacaq. Bu, Ermənistanın insanlığa, bəşəriyyətə qarşı növbəti böyük, ağır və amansız cinayətinin göstəricisi olacaq”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi







.jpg)

























.jpg)

.jpg)